Ekosistemin idarə edilməsində qadınların rolundan danışılıb -

Ekosistemin idarə edilməsində qadınların rolundan danışılıb - FOTO

14 May 2024

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mayın 14-də erkən nikahın fəsadları və uşaq hüquqlarının qorunması ilə bağlı növbəti maarifləndirici tədbir nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbdə baş tutub.

Dəyirmi masa ətrafında keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Şəfa Babayeva, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və digər çıxış edənlər bildiriblər ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Tarixin bütün dövrlərində nümunəvi olan Azərbaycan ailəsində erkən nikaha yol verilməsi qəbuledilməzdir və məsuliyyətə səbəb olur. Məhz buna görə də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aid təşkilatlarla birlikdə bu sahədə mütəmadi və plana uyğun maarifləndirmə işi aparır.

Şagird və müəllimlərlə yanaşı valideynlərin də iştirak etdiyi tədbirdə maarifləndirici broşürlar paylanılıb.