Efim Basin: Heydər Əliyev dəmir iradəli, eyni zamanda, insanlara qarşı həssas biri idi

Efim Basin: Heydər Əliyev dəmir iradəli, eyni zamanda, insanlara qarşı həssas biri idi

22 Aprel 2024

Heydər Əliyev dəmir iradəli, eyni zamanda insanlara qarşı həssas biri idi.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu 1980-1990-cı illərdə Baykal-Amur magistral xəttinin (BAM) tikintisində iştirak etmiş “BAM birliyi” ümum-Rusiya ictimai təşkilatının prezidenti Efim Basin deyib.

“O mənim taleyimdə böyük rol oynayıb. Heydər Əliyevin BAM-ın tikintisini ziyarət etməsini yaxşı xatırlayıram”, – deyə o, xatirələri ilə bölüşüb.

O həmçinin vurğulayıb ki, azərbaycanlı inşaatçılar BAM-da iki qəsəbə salıblar.

“Azərbaycan yeganə respublikadır ki, BAM-da öz nümayəndələrinə verdiyi vədləri yerinə yetirib, onları mənzillə təmin edib. Bu o deməkdir ki, Heydər Əliyevin adı xalqlarımızın dostluğunun simvolu olub”, – Basin əlavə edib.

Eyni zamanda, o, Rusiya və Azərbaycan prezidentlərini iyulun 8-də Tında şəhərinə BAM-ın ildönümünü qeyd etməyə dəvət edib.

Mənsurə Hümbətova