Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişib

Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişib

06 Dekabr 2024

Nazirlər Kabineti Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında qərarına dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Ədliyyə Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri,
yenidən qurulması, bərpası) ilə bağlı daxilolmaların 1,0 faizinə qədər, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.