Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

18 Sentyabr 2023

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finaldan başlayaraq, bu raunda qədər bütün rəqiblərinə qalib gəlib.

O, 1/4 finalda almaniyalı Erik Tileni “tuş”la məğlub edib.

Hacı Əliyev (65 kq) və qadın güləşçi Alyona Kolesnik (59 kq) isə 1/4 finalda rəqiblərinə uduzublar.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.