DİN-dən qısametrajlı film: Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir -

DİN-dən qısametrajlı film: Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir - VİDEO

02 Mart 2024

Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitələr və onların doğurduğu fəsadlar barədə növbəti maarifləndirici qısametrajlı film hazırlayıb.

DİN-in Mətbuat xidmətindən verilən NAXCİVANXEBERLERİ.COM-a məlumata görə, videoçarx “Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir!” devizi altında hər kəsi, xüsusən gəncləri bu vərdişlərdən uzaq olmağa səsləyir.

"Antinarkotik təbliğata dəstək göstərən hər kəsə öncədən təşəkkürümüzü bildiririk", - nazirlikdən bildirilib.

Mənsurə Hümbətova