Culfada bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Culfada bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

25 İyun 2024

Culfada bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm  oğlunun şəxsi münasibətlər zəminində  bacısı 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm qızını küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.

Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.