![Naxçıvanda 17 yaşlı gənc qız qətlə yetirilib](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/naxcivanda-17-yasli-genc-qiz-qetle-yetirilib-1687096109.jpg)
Naxçıvanda 17 yaşlı gənc qız qətlə yetirilib
İyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.