Naxçıvanda qadın boğularaq qətlə yetirilib, cinayət işi açılıb - YENİLƏNİB

Naxçıvanda qadın boğularaq qətlə yetirilib, cinayət işi açılıb - YENİLƏNİB

19 İyun 2023

Naxçıvanda qadın boğularaq qətlə yetirilib, cinayət işi açılıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

İyunun 19-u saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Alcəfərovanın ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Röyal Zeynalovun yaşadığı evin həyətində həmkəndlisi Telli Alcəfərovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Röyal Zeynalov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.