Cüdo üzrə yeniyetmələr arasında ACF Kuboku keçiriləcək

Cüdo üzrə yeniyetmələr arasında ACF Kuboku keçiriləcək

19 İyul 2024

İyulun 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında "Ne-vaza" ACF Kuboku keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Ne-vaza" bilik və bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir.

Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.