![Cevdet Yılmaz və Hikmət Hacıyev ikitərəfli münasibətləri müzakirə ediblər](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/cevdet-yilmaz-ve-hikmet-haciyev-ikiterefli-munasibetleri-muzakire-edibler-1718032522.jpg)
Cevdet Yılmaz və Hikmət Hacıyev ikitərəfli münasibətləri müzakirə ediblər
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında bildirib.
“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, - C. Yılmaz qeyd edib.
Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.