Buraxılış imtahanına 474 nəfər gəlməyib, 16-nın nəticəsi ləğv olunub

Buraxılış imtahanına 474 nəfər gəlməyib, 16-nın nəticəsi ləğv olunub

02 Aprel 2024

11 illik orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, buraxılış imtahanında iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib.

İmtahan qaydalarını pozduğu üçün isə 16 nəfərin nəticəsi ləğv olunub.

İştirakçılar arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Mənsurə Hümbətova