Bu gün futbol üzrə XVII Avropa çempionatı start götürür

Bu gün futbol üzrə XVII Avropa çempionatı start götürür

14 İyun 2024

Bu gün futbol üzrə XVII Avropa çempionatına start veriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.

Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Oyunun start fiti saat 23:00-da səslənəcək.

Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

AVRO-2024
A qrupu, I tur

14 iyun

23:00Almaniya - Şotlandiya
Baş hakim: Kleman Tyurpen (Fransa).
Münhen, “Allianz Arena” stadionu.