“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə uduzub -

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB

02 Mart 2024

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində medal qazana bilməyib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 20 yaşlı idmançı bürünc mükafat uğrunda mübarizədə məğlub olub.

O, Ukrayna təmsilçisi Mixaylo Svidraka uduzub. Nəticədə Rəcəbli fəxri kürsüyə qalxmaq şansını itirib.

Bu gün tatamiyə çıxan Azərbaycan millisinin digər cüdoçuları İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Aytac Qardaşxanlı (63 kq) da uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, reqlamentə əsasən, yarışın qalibi 1000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanırlar.

Mənsurə Hümbətova