Birbaşa seçki hüququ nədir? -

Birbaşa seçki hüququ nədir? - HÜQUQ MƏSLƏHƏTİ

30 İyul 2024

Sual: Birbaşa seçki hüququ nədir?

Cavab: Vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Arada heç bir mərhələ olmur və onların səsi həlledicidir. Bu prinsip dünyanın bir çox ölkələrində tətbiq edilir. Əksinə, yəni şəxsin seçilən şəxsə deyil, onu seçəcək şəxsə səs verməsi bir çox ölkələrdə dolayı seçki sisteminin əsasını təşkil edir. Bu sistemdə birbaşa seçki hüququ tətbiq edilmir. ABŞ-da vətəndaşlar birbaşa prezidentə səs vermirlər. Onlar ABŞ Prezidentini seçəcək şəxslərə (seçkililərə) səs verir, sonra da bu, şəxslər (seçkiçilər) prezidentliyə namizədlərə səs verir. Türkiyədə də prezident dolayı yolla seçilir. Onu birbaşa vətəndaşlar deyil, parlament seçir.

Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov