Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
Bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əksər rayonlarda noyabrın 20-si saat 9:00-a olan məlumatına əsasən, hava şəraiti əsasən yağmursuz keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.
Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.