Beynəlxalq Ticarət Palatasının Baş katibi ilə görüş keçirilib
Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Mənsurə Hümbətova