Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

01 Oktyabr 2023

Bu ilin oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı Azərbaycan parlamentində Beynəlxalq Astronavtika Konqresi (IAF) Nazirlər və parlament üzvləri üçün iclas keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbiri giriş sözü ilə IAF-ın gəlirlər üzrə baş direktoru Klay Movri (Clay Mowry) açıb.

K.Movri bildirib ki, Azərbaycan Konqresin açılışı üçün kifayət qədər yaxşı hazırlaşıb. O həmçinin bir sıra ölkələrin bu konqresdə ilk dəfə iştirak etdiyini və bu baxımdan Konqresin mühüm əhəmiyyət kəsb etdiyini də əlavə edib.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili isə bildirib ki, Azərbaycan kosmik tədqiqatlara xüsusi əhəmiyyət verir:

“Sizə Bakını seçdiyiniz üçün təşəkkür edirəm və deyim ki, bu çox rasional seçimdir. Çünki ənənələrə qayıdır. 50 il əvvəl yəni 1973-cü ildə Bakıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə XXIV Qurultay keçirilib. Bu il biz ulu öndərin 100 illik yubileyini qeyd edir, xatirəsini ehtiramla yad edirik. İndi ölkəmiz ən böyük kosmik tədbirə - 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Bu o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra yenidən regionumuza qayıdır. Həm məzmununa, həm də iştirakçıların sayına görə bu Konqres bütün əvvəlkilərdən daha çox təmsil olunur. Bu tədbirdə 30 müxtəlif ölkədən 1500-dən çox iştirakçı toplaşıb. Bu isə onu göstərir ki, ölkəmizdə keçiriləcək bu tədbirə maraq böyükdür.

Azərbaycan 2013-cü ildən ilk peyki buraxdıqdan sonra dünya kosmik klubunun fəal üzvünə çevrilib.
Bir ölkə olaraq biz sürətlə inkişaf edən qlobal kosmik ekosistemin bir hissəsi olmaqdan və dünyanın xeyrinə bu sektorun inkişafına töhfə verməkdən məmnunuq”.