"Beşiktaş" Türkiyə Kubokunun sahibi olub

"Beşiktaş" Türkiyə Kubokunun sahibi olub

24 May 2024

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Atatürk Olimpiya Stadionu”nda baş tutan final matçında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.

Oyun İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 13-cü dəqiqədə qaradənizlilərin heyətində Poul Onuaçu açıb. Fasilə ərəfəsində Raşid Qezzal “status-kvo”nu bərpa edib. 54-cü dəqiqədə Salih Uçan “ağ-qaralar”ı hesabda önə çıxarıb. Final fitinə 1 dəqiqə qalmış Nikolas Pepe növbəti dəfə hesaba tarazlıq gətirsə də, 90+4-cü dəqiqədə "Beşiktaş"ın heyətində adını tabloya yazdıran Əl Müsrati komandasına qələbə qazandırıb.

Qeyd edək ki, bu nəticə ilə "Beşiktaş" tarixində 11-ci dəfə ölkə kubokunun sahibi olub.