Bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün nə qədər seçici imzası toplamalıdır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün nə qədər seçici imzası toplamalıdır?
Cavab: Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
1. əhalisi 99.999-dan çox olan ərazidə — 150;
2. əhalisi 49.999-dan çox olan ərazidə — 100;
3. əhalisi 19.999-dan çox olan ərazidə — 75;
4. əhalisi 9.999-dan çox olan ərazidə — 50;
5. əhalisi 4.999-dan çox olan ərazidə — 30;
6. əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplamalıdır.
Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır.
Seçicilərin imzaları Seçki Məcəlləsinin 56-cı (Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri) və 57-ci (Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası) maddələrində göstərilən qaydada toplanır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov