Bakıda küçə musiqiçilərinə dəstək üçün konsert keçirildi -

Bakıda küçə musiqiçilərinə dəstək üçün konsert keçirildi - FOTO

21 Aprel 2024

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Cavan” Gənclər Hərəkatının təşkilatçılığı ilə “DOME Soul Space” yaradıcılıq məkanında "Sound of the Street" adlı tədbir təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbirin təşkilində əsas məqsəd gənclərin musiqi istedadını üzə çıxarmaq, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, onlar arasındakı şəbəkələşmənin gücləndirilməsi, həmçinin gənc musiqiçilərə və küçə sənətinin inkişafına dəstək olmaqdır.

Artıq üçüncü dəfə keçirilən “Sound of the Street” gecəsində müxtəlif musiqi janrlarını ifa edən gənclər bir araya gələrək, enerjili musiqiləri ilə tamaşaçıları əyləndiriblər. Bu tədbir gənclərin potensiallarını səhnədə göstərmələri üçün əla bir fürsət olub.

Mənsurə Hümbətova