Bahar Muradova: Xaricdə çətin vəziyyətdə olan azərbaycanlıların ölkəyə gətirilməsi diqqətdə saxlanılır

Bahar Muradova: Xaricdə çətin vəziyyətdə olan azərbaycanlıların ölkəyə gətirilməsi diqqətdə saxlanılır

11 İyun 2024

Xarici ölkələrdəki çətin vəziyyətdə olan azərbaycanlı qadınların və uşaqların Azərbaycana gətirilməsi həmişə diqqətdə saxlanılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən Azərbaycan Hökumətinin BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasındakı dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edən Yekun Müşahidələrin müzakirəsində deyib.

O bildirib ki, Azərbaycanda uşaq hüquqları, erkən nikahlar, selektiv abortlar məsələləri ilə bağlı son zamanlar ciddi layihələr icra olunur:

"Yaşı 18-dən aşağı şəxslərin nikahına icazə verilməməsi barədə artıq qərar qəbul edilib. Verilən tövsiyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilir. Ona görə də, daha bir neçə qanunda dəyişikliklər nəzərdə tutulur".