Azərbaycanla Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi (nazirin birinci müavini) xanım Maria Laura ilə görüşüb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri “X”dəki hesabında yazıb.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, COP29 ilə əlaqədar hazırlıq işləri müzakirə edilib.
Mənsurə Hümbətova