Azərbaycanın dövlət büdcəsində 2,5 milyard manatdan çox profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində 2,5 milyard manatdan çox profisit yaranıb

15 Oktyabr 2024

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri isə 25 milyard 174,3 milyon manat təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,6 % və 8,4 % çoxdur.

Son nəticədə 9 ayda büdcədə 2 milyard 562,7 milyon manat profisit yaranıb. Ötən ilin eyni dövründə büdcədə 1 137,5 milyon manat kəsir olmuşdu.