Azərbaycanın cüdo hakimi Avropa çempionatında iştirak edib

Azərbaycanın cüdo hakimi Avropa çempionatında iştirak edib

20 Noyabr 2023

Azərbaycanın cüdo hakimi Arzu Acalova Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşa qədər idmançıların Avropa çempionatında iştirak edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü qitə birinciliyində 2 medal görüşünü idarə edib.

Belə ki, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim fərdi yarışlarda oğlanlar arasında +100 kq-da və qızlar arasında 57 kq-da bürünc medal uğrunda mübarizədə ədaləti qoruyub.