Azərbaycanı öz xalqına ərmağan edən dahi Heydər Əliyev

Azərbaycanı öz xalqına ərmağan edən dahi Heydər Əliyev

18 May 2023

Türk dünyasının dahi şəxsiyyətlərindən biri, dünya Azərbaycanlılarının mənəvi atası,Müstəqil Azərbaycanın qurucusu və memarı,Yeni Azərbaycan Partiyasının yaradıcısı,öz xalqının gələcəyini düşünən və bunun üçün cəsarətli addımlar atan,mətin iradəli,fenomen yaddaşlı Heydər Əliyev öz nəzəriyyəsi,daxili və xarici siyasəti,əməli fəaliyyəti ilə dünya Azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə qalxmış,bənzərsiz bir şəxsiyyətdir.O,öz xalqı üçün çalışdı,mübaliğəsiz desək,mənəvi Şəhid statusu aldı.
Bildiyimiz kimi, Azərbaycanın dövlət müstəqilliyi mürəkkəb beynəlxalq vəziyyətin son dərəcə gərgin olan bir dövrə təsadüf edir.
Sovetlər ittifaqı dağıldıqdan sonra o bayraq altında olan xalqların azadlıq,müstəqillik arzusu reallaşmağa başladı.Azərbaycan da bu xalqlardan biri idi.
Xalqımızın müstəqillik və ərazi bütövlüyünün qorunması uğrunda geniş vüsət alan azadlıq hərəkatını boğmaq xalqın gözünü qorxutmaq üçün Bakıda 20 yanvar faciəsi törədildi.Xalqımızın böyük oğlu Heydər Əliyev qətiyyətli cəsarət göstərərək qorxmadan Moskvadan Azərbaycanın nümayəndəliyinə gələrək bu qanlı faciəni kəskin pislədi və bütün dünyanın diqqətini Bakıya yönəltdi.Qanlı yanvar sonra Azərbaycan xalqının öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxuya düşən imperiya və respublikanın "başsız"başçıları Heydər Əliyevə qarşı represiya planları hazırladılar,həyata keçirməyə başladılar-Heydər Əliyevin Azərbaycana qayıtmasına mane olmağa çalışdılar...Nəhayət,1990-cı ilin iyun ayının 22-də Heydər Əliyev Naxçıvana gəldi.Naxçıvanın Azadlıq meydanında keçirilən izdihamlı mitinqdə Heydər Əliyev xalq tərəfindən çox hərarətlə qarşılandı və orada çıxış etdi.Muxtar Respublikanın müxtəlif yerlərindən əhalinin bütün təbəqələri ilə görüşdü, onları
müstəqillik uğrunda mübarizə aparmağa çağırdı....
Nəhayət O, həm Azərbaycan xalq deputatlığına, həm də Naxçıvan Muxtar Respublikasının Ali məclisinə deputatlığa namizəd irəli sürüldü və seçildi.
Onun təşəbbüsü və siyasi iradəsi ilə SSRİ-nin qalıb qalmaması haqqında referendumun keçirilməsinə yox dedi və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il martın14-də həmin Referendumda iştirak etməmək haqqında qərar qəbul etdi.Azərbaycanın o dövrdə mövcud iqtidarı Moskvaya
xoş gəlmək üçün referendumu vacib sayırdı. Ona qarşı çıxışları da ''Seperatçılıq"adlandırırdılar.Bu və ya digər səbəblərə görə Muxtar Respublikaya təzyiqlər get-gedə artırdı. Lakin bu təzyiqlər Heydər Əliyevin polad iradəsini qıra bilmədi, çünki o, böyük siyasətçi idi və xalqa, demokratik fikirli qüvvələrə arxalanırdı.Onun rəhbərliyi altında milli dövlətçilik ənənələrinin bərpasına başlanıldı. Heydər Əliyevin sədrliyi ilə 1990-cı ilin oktyabr ayının 17-də Naxçıvan MSSR parlamentinin Heydər Əliyevin keçirilən sessiyasında Muxtar respublika adından "Sovet Sosialist" sözlərinin götürülməsi,Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsünü qaldırılması haqqında tarixi qərarlar qəbul etdi, Muxtar Respublika Ali Qanunverici orqanı "Ali məclis adlandırıldı".
Müstəqillik böyük nemətdi, böyük nəaliyyətdir. Buna nail olmaq da asan iş deyil.Azərbaycan öz müstəqilliyinə yenidən qovuşması, müstəqilliyimizin əbədi bərpa olunmasımda Ulu Öndərin rolu danılmazdır. Mübaliğədən kənar olsun, dəryalar mürəkkəb, meşələr qələm olsa, onun bütün fəaliyyətini, Azərbaycan üçün etdiyi işləri yazıb qurtarmaq olmaz. Doğrudur bu barədə onlara kitab yazılıb, ancaq minlərlə məqalə, yüzlərlə kitab yazılsa belə, Ulu Öndərin ictimai- siyasi fəaliyyətini əhatə edə bilməz. O böyük dahi Müstəqil Azərbaycanı öz xalqına ərmağan etdi, miras qoydu.
Ümumimilli Liderimiz Heydər Əliyevin ikinci hakimiyyəti dövrünün ilk illərini xatırlamaq kifayətdir ki; Azərbaycanda xaos, hərcmərclik, özbaşınalıq hökm sürürdü. Bir yandan Əlikram Hümbətov,bir yandan Sürət Hüseynov, bir yandan  AXC- Müsahibə cütlüyü, bir yandan vəzifəpərəstlər, bir yandan korruasiyaçılar, daha kimlər, daha nələr. Bütün bu kimlər, bütün bu nələr, az müddət içərisində zərərsizləşdi,məhz Ulu Öndərin elmi,biliyi,siyasi manevrləri, möhkəm iradəsi,qətiyyəti  ilə Azərbaycan müstəqilliyini bərpa etdi, mənfi ünsürlər süpürülüb atıldı, Azərbaycan inkişaf etməyə başladı. Ulu Öndərin bir kəlamına diqqət yetirək,"Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi.Bu toxumlar uzun müddətdən sonra cücərdi,boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi".
Uğrunda şəhidlər verdiyimiz müstəqilliyi qoruyub saxlamaq isə xüsusən vacib idi.Müstəqilliyin itirib yenidən qazanan xalq bunun qorunub saxlanılmasının  nə demək olduğunu dərk edir və Ulu Öndər ətrafında birləşir, ona dəstək olurdular.
Bunu da vurğulamaq vacibdir ki, Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi uğrunda Ümummilli Liderin mübarizəsi məhz Naxçıvandan başladı. Naxçıvan Muxtar Respublikasında keçirilən demokratik tədbirlər bütün Azərbaycana örnək oldu.Demokratik qüvvələrin tələbi ilə 1991-ci ilin fevralın 5-də Azərbaycan SSR Ali sovetinin sessiyası bir sıra tarixi qərərlar qəbul etdi.
Dövlətin adı dəyişilib "Azərbaycan Respublikası adlandırıldı".Azərbaycan Cümhuriyyətinin bayrağı Dövlət bayrağı kimi qəbul edildi.Yuxarıda qeyd etdiyimiz kimi bu bayraq bir neçə ay ondan əvvəl Naxçıvanda qaldırılmışdı.
Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması, zərərli ünsürlərdən təmizlənməsi, yeni quruculuq işlərini başlanması ölkənin müstəqilliyinə qənim kəsilmiş xaricdən idarə olunan qüvvələri heç də razı salmır, burdan biçirsən ordan göyərirdi.Lakin bütün bu çətinliklər Ulu Öndəri qorxutmur,daha qüvvətli,qüdrətli edirdi.Onun iradəsi,cəsarəti,siyasəti həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olunmaq təhlükəsindən qurtardı. Dövlət və hakimiyyət böhranı aradan qaldırıldı,vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq  meyllərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətli alındı.Milli Ordu yaradıldı,atəşkəs elan olundu, əhalinin sosial müdafiəsi gücləndi makroiqtisadi sahiblik təmin olundu.Əsrin neft kontraktı bağlandı...Azərbaycan inkişaf etməyə başladı. Ümummilli Liderin beynəlxalq təşkilatlarda tutduğu mövqe,qazandığı nüfuz Azərbaycanın gələcəyinə uğurlu yollar açırdı.Dünyanın nüfuzlu dövlətləri,siyasət adamları, diplomatlar, tanınmış ziyalılar Heydər Əliyevin müdrikliyinə,dərin zəkasına,fövqaladə təşkilatçılığına,qabiliyyətinə,zəngin dövlətçilik təcrübəsinə görə qüdrətli şəxsiyyət kimi qiymət verirdilər.
Ümümmilli liderimiz Heydər Əliyevin on ildə (1993-2003)Azərbaycan üçün gördüyü işlər min illər boyu görülmüş və ya görülməmiş işlərdən qat-qat artıqdır və əsla müqayisə oluna bilməz.
Azərbaycançılıq onun qanında və canında idi.Dünya azərbaycanlılarının ilk qurultayının Bakıda keçirilməsi real faktdır.Milli mətbuat,milli teatr,milli televiziya,milli radio,milli park,milli qoruqlar-bir sözlə milli nə varsa,bu böyük şəxsiyyətin sayəsində formalaşdı,inkişaf etdirildi.
Ulu Öndər Heydər Əliyevin xarici və daxili siyasətinin davamı hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən böyük ustalıqla,məharətlə həyata keçirilir.Müstəqil Azərbaycan sürətlə inkişaf edir və möhkəmlənir.
44 günlük Vətən müharibəsində əldə olunan qələbə,mənfur ermənilərin doğma torpaqlarımızdan-Qarabağdan qovulub çıxarılması məhz İlham Heydəroğlunun,silahlı qüvvələrin Ali Baş Komandanın rəhbərliyi altında həyata kiçirildi,Müzəffər ordumuzun qəhrəmanlığı,şücaəti,yenilməzliyi sayəsində Qarabağımız özümüzə qaytarıldı.Ilham Əliyevin dediyi kimi,O,ata vəsiyyətini yerinə yetirdi.

QARABAĞ AZƏRBAYCANDIR!
      

ADİM ADIGÖZƏL

Ələhi kənd ümumi orta məktəbin direktoru