Azərbaycanı Gimnaziadada təmsil edəcək stolüstü tennisçilərin adlarına aydınlıq gəlib

Azərbaycanı Gimnaziadada təmsil edəcək stolüstü tennisçilərin adlarına aydınlıq gəlib

04 Aprel 2025

Azərbaycanı Serbiyanın Zlatibor şəhərində keçiriləcək Gimnaziadada təmsil edəcək stolüstü tennisçilərin adlarına aydınlıq gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma bu gün Serbiyaya yola düşüb.

Yarışda Onur Quluzadə, Uğur Nəzərli, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı, Yağmur Məmmədli, Xədicə Eylazova və Mələk Əhmədzadə məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi altında bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə Gimnaziadanın oyunlarını idarə edəcək.

Qeyd edək ki, stolüstü tennisçilər aprelin 7-də şəxsi və komanda yarışlarında mübarizəyə başlayacaqlar. Bu gün startı verilən Gimnaziadaya aprelin 14-də yekun vurulacaq.