Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqlarının təyinatının dəyişdirilməsi təklif olunur
Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqlarından çox vaxt təyinatı üzrə istifadə olunmur.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu deputat İqbal Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu torpaqların təyinatının dəyişdirilməsi üçün qanun qəbul edilməli, kənd təsərrüfatı təyinatlı pay torpaqları inventarizasiya olunmalıdır: "Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inventarizasiya həyata keçirsin. Bildiyimiz kimi 90-cı illərdə pay torpaları verildikdən sonra insanların çoxu bu torpaqlarda ev tikib. Artıq uzun müddət keçib və insanları evlərindən çıxarmaq da olmur", - deyə o qeyd edib.