Azərbaycanda əmtəəlik qaz hasilatı 5 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37 milyard 117,9 milyon kubmetr təbii qaz hasil edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bunun 28 milyard 255,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,4 %, əmtəəlik qaz hasilatı isə 5,2 % artıb.
Ötən 9 ay ərzində Azərbaycanda 21 milyon 668,8 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 21 milyon 623,2 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 4,1 %, əmtəəlik neftin həcmləri isə 4 % azalıb.