Azərbaycan və Moldova XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər

Azərbaycan və Moldova XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər

02 Mart 2024

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Moldova Baş nazirinin müavini və xarici işlər naziri Mihai Popsoi ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Görüşdə ikitərəfli tərəfdaşlıq, o cümlədən regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Mənsurə Hümbətova