Azərbaycan "TechnipEnergies" ilə aşağı karbonlu biznes həllərinə keçidi müzakirə edib
Azərbaycanın "yaşıl artım" və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetinin reallaşdırılmasında xarici şirkətlərlə fəal əməkdaşlıq davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, SOCAR prezidenti Rövşən Nəcəflə birlikdə İtaliyanın "TechnipEnergies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə görüş keçirilib.
“Görüşdə birgə icra edilən layihələr, aşağı karbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.