Azərbaycan səfiri Düşənbədə beynəlxalq festivalda iştirak edən musiqiçilərlə görüşüb
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Düşənbədə keçirilən “Şaşmakom” beynəlxalq festival-simpoziumda iştirak etmiş musiqiçilərlə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan musiqisindən nümunələrin ifası məclisə rəng qatıb.