Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan ilə Hidrogen Şurasının əməkdaşlıq imkanları dəyərləndirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
Nazir bildirib ki, Braziliyada G20 tədbirləri çərçivəsində Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşü olub.
“Hidrogen Bəyannaməsi” təşəbbüsü, hidrogen istehsalı-ixracı üzrə layihələrimizdən danışdıq və Şura ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik”, deyə P. Şahbazov qeyd edib.