Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib

Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib

13 Yanvar 2025

Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dünya Güləş Birliyinin (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləməsindən sonra Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib.

Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.

 

Hər vaxtınız xeyir olsun

16:40-da tədbiri smarta yerləşdirmişəm, bu saat kimi təsdiq olunmayıb, çox güman ki, sabah kimi öz təsdiqini tapacaq. Evdə smarta baxmaq mümkün deyil. Səhər işə gələndə nə olsa sizə bildiricəm.