Azərbaycan çempionatında yeni rekord qeydə alınıb

Azərbaycan çempionatında yeni rekord qeydə alınıb

30 Mart 2025

Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Sumqayıt” - "Sabah" oyununda (3:3) qeydə alınıb.

Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Bunadək rekord hərəyə 14 "sülh"ə imza atan “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.