Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 121-ci sessiyasında təmsil olunub

Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 121-ci sessiyasında təmsil olunub

11 İyun 2024

Azərbaycan iyunun 10-11-də İspaniyanın Barselona şəhərində keçirilmiş BMT Turizmin İcraiyyə Şurasının 121-ci sessiyasında iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının sədrliyi ilə təşkil edilən sessiyada təşkilata üzv olan 30-dan çox dövlətin nümayəndələri iştirak edib.

Sessiya çərçivəsində çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov, öz növbəsində cari ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm mövzusunun daha geniş təmsil olunması ilə bağlı hazırda BMT Turizm ilə aparılan əməkdaşlıq haqqında ətraflı məlumat verib.

COP29-un iqlim dəyişikliyi siyasətində turizmin rolunun gücləndirilməsinin əhəmiyyətli təsirə malik olduğunu vurğulayan K.Qasımov İcraiyyə Şurasının üzvlərini COP29 təşkilatçılığında BMT Turizm ilə birgə irəli sürülən təşəbbüslərə dəstək olmağa çağırıb.