Azərbaycan badmintonçusu Paris-2024-də çıxışını başa vurub

Azərbaycan badmintonçusu Paris-2024-də çıxışını başa vurub

31 İyul 2024

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2 (12:21, 14:21).

Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-də çıxışını başa vurub.