Azərbaycan badminton millisi ikinci oyununda məğlub olub

Azərbaycan badminton millisi ikinci oyununda məğlub olub

09 Dekabr 2023

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinin ikinci oyununda məğlub olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, komanda Estoniyaya müqavimət göstərə bilməyib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma estonların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız ilk matçında da Şotlandiyaya 0:5 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinin son görüşündə bu gün Slovakiya ilə qarşılaşacaq.