Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

07 Oktyabr 2024

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir müavini Səməd Bəşirli ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin Direktorunun müavini xanım Şiahonq Yanqla görüş keçirib. Görüşdə Bankla əlaqələrin inkişaf etdiyi qeyd olunub, dövlət-özəl tərəfdaşlığı, ətraf mühit, rəqəmsal inkişaf, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasında Bankın iştirakı yüksək qiymətləndirilib.

Tərəflər tərəfdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşmə imkanları, eləcə də, COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.