Aydın Kərimov: Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatacaq
Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan həkimləri fədakarlıq və əzmkarlıq göstərərək Şuşada və digər azad olunmuş ərazilərdə xidmət göstərirlər: "Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının və kompleksinin tikintisinin başa çatdırılması gözlənilir. Düşünürəm ki, bununla da tibbi xidmətlərin Şuşada yeni müstəvidə təşkil olunmasına nail olunacaq".
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, Şuşanın bu iclasa ev sahibliyi etməsi qürurvericidir.