2024-cü ilin 6 ayı üçün ambulator dərman təminatına 40 milyon manat ayrılacaq

2024-cü ilin 6 ayı üçün ambulator dərman təminatına 40 milyon manat ayrılacaq

17 Dekabr 2024

Ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ilk mərhələdə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi, üçüncü mərhələdə isə tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar olacaq.

O qeyd edib ki, “Tibbi sığorta haqqında” qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib:

"Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin ikinci yarısı başlanılacaq".