Anar Eyvazov: “Antiterror tədbirlərindən sonra Qarabağda xeyli sayda silah-sursat aşkarlanıb”

Anar Eyvazov: “Antiterror tədbirlərindən sonra Qarabağda xeyli sayda silah-sursat aşkarlanıb”

20 Noyabr 2023

“2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 300-dən çox insan minaların qurbanı olub”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

“Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə aparılan yoxlama zamanı Rusiya sülhməramlıları ilə birlikdə xeyli sayda silah-sursat və hərbi texnika aşkar edib”, - o vurğulayıb.