Aksız markasız siqaretlər aşkar olunub
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Faktla bağlı araşdırma aparılır.
Mənsurə Hümbətova