Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi il ərzində hansı işləri görüb? -

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi il ərzində hansı işləri görüb? - MÜSAHİBƏ

26 Fevral 2024

Bu gün hər birimiz müəyyən problemlərlə üzləşirik. Bu problemlərin həlli yolunu dövlət müəssisələrində tapmaq bizə daha asan gəlir. İstər ailə daxili, istər işsizlik, istərsə də sosial təminatlar üzrə gedə biləcəyimiz ünvalardan biri də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. 

Bugünkü müsahibimiz Komitənin aparat rəhbəri Eltun Həziyevlə söhbətimiz əsnasında ötən ildə görülən işlərə qısa nəzər saldıq.

Müsahibimiz 2023-cü il ərzində komitəyə ümumi olaraq 380 müracətin daxil olduğunu və onların 360-nın şifahi, 44-nün yazılı və 6-nın elektron olduğunu qeyd etdi. Müraciətlər 78 iş məsələsi, 33 özünüməşğulluq, 32 sosial təminat, 28 uşaq problemləri, 24 ailə məsələsi, 16 alminet, 16 təhsil və 153 digər məsələlər üzrədir. Əsas müracətlər məktəbli formalarının verilməsi ilə bağlı olur, bu da iyun, iyul və avqust aylarında muxtar respublika üzrə 3 təşkilat bu məsələlər üzrə məşgul olur. (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkərlar İttifaqları Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi)

Eltun müəllim qeyd etdi ki, komitəyə daxil olan müraciətlərin həlli yolları məqsədi ilə, bizdə hər həftənin mütəmadi günləri (I həftənin 1-ci günü, III həftənin 1-ci günü) vətəndaş qəbulu keçiririk, amma vətəndaş nə vaxt müracət edibsə günüdən və saatında asılı olmayaraq qəbulu və müracəti öz həllini tapıb. Bəzən müraciətlərin biz çoxu bizə aid olmasa da onları digər qurumlara yönəldib daha sonra dəfələrlə işinin alınıb-alınmaması ilə bağlı maralanmışıq. Məsələn, ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı tez-tez müraciətlər daxil olur. Bu gün ünvanlı dövlət sosial yardımın alınması elektronlaşdırılmış formada olduğu üçün, həmin vətəndaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirik. Onlar da lazımi şəkildə cavablandırır.

Müsahibimiz qeyd etdi ki, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qeyri-hökümət təşkilatları ilə birgə fəaliyyətlər və sosial yönümlü layihələr də həyata keçiririk. Bu istiqamətdə biz artıq 4 layihə həyata keçirmişik. Ötən il ərzində bu lahiyələr qadınlarımızın məşğulluğunun təmin edilməsi, qadınların kiçik sahibkarlıq subyektlərinin yiyələnməsi istiqamətində addımların atılması, belə deyək ki, dərzi, maldarlıq, arçılıq, kənd təsərrüfatı, əkinçilik, un-qənnadı məmulatlarının istehsalıdır.

Sonda 2024-cü ildə görüləcək işlərlə bağlı müsahibimizə sual ünvanladıq. O, qeyd etdi ki, qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə bağlı geniş tədbirin keçiriləcəyi, daha sonra mart ayında Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan Novruz şənliyində bacarıqlı xanımların və ailə təsərrüfatı ilə məşğulan olan qadınların gördüyü işlər sərgilərdə öz yerini alacaqdır. 15 may “Beynəlxalq Ailə günü”nə tədbir keçiriləcək. Sonra muxtar respublikanın hər rayonunda xüsusi qeyd olunan 1 iyun - Uşaqların Müdafiəsi günü ilə əlaqəli tədbir keçiriləcək. Sentyabr ayı məhdud fiziki imkanlı qadınların əl işlərindən ibarət sərgi-satış da nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə, qadın və uşaq məsələləri ilə bağlı maarifləndirici təbliğat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. 

Bununla yanaşı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Dövlət Komissiyasının 2024-cü il üçün təsdiq olunan "İş Planı"na əsasən muxtar respublikada fəaliyyət göstərən 30 uşaq müəssisəsində monitorinqlərin aparılması da komitə tərəfindən həyata keçiriləcək.

Daha sonra il ərzində uzunömürlü ailələrlə görüşlər, gənclərlə bağlı görüşlər, rayonlar üzrə mütəmadi vətəndaş qəbulunun keçirilməsi də nəzərdə tutulub.

Eltun müəllim, müsahibə üçün çox sağ olun. Təşəkkür edirik.

Mənsurə Hümbətova