AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda səfərdədir -

AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda səfərdədir - FOTO

25 Aprel 2024

Aprelin 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfərə gəlib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, AHİK sədri Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının XIX Konfransı keçiriləcək.

Mənsurə Hümbətova