Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək
Sentyabrın 14-15-də ağırlıqqaldırma üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, turnir Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində təşkil ediləcək.
Gənclər və İdman Nazirliyi ilə AAF-nin birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Çempionatın təşkilində məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.