Ağdamda mina partlayıb, 29 yaşlı şəxs hər iki ayağından xəsarət alıb

Ağdamda mina partlayıb, 29 yaşlı şəxs hər iki ayağından xəsarət alıb

03 Mart 2024

Bu gün (3 mart - Qeyd) Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib.

"AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", - məlumatda vurğulanıb.

Mənsurə Hümbətova