Abbas İsmayılov: Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

Abbas İsmayılov: Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

04 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasında KOB subyektlərinin sayı 57,3 faiz artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında çıxış edən muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

O, muxtar respublikada kiçik və orta sahibkarlıq subyektlərinin sayının artdığını bildirib:

“Bu gün Naxçıvanda fəaliyyətdə olan sahibkarların böyük əksəriyyətini KOB subyektləri təşkil edir. Onlar əsasən ticarət, kənd təsərrüfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.

2024-cü il oktyabrın 1-nə muxtar respublikada 19729 mikro, 309 kiçik və 91 orta sahibkarlıq subyekti olmaqla, ümumilikdə 20 min 129 aktiv KOB subyekti fəaliyyət göstərir ki. Bu da ilin əvvəli ilə müqayisədə 57,3 faiz, o cümlədən mikro 59 faiz, kiçik 4 faiz və orta sahibkarlıq subyekti isə 3,4 faiz çoxdur”.