2024-cü ilin iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi hansı halları müəyyən edəcək? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: 2024-cü ilin iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi hansı halları müəyyən edəcək və nələri tənzimləyəcək?
Cavab: Məlum olduğu kimi 2024-cü il iyulun 1-dən etibarən Rəqabət Məcəlləsi qüvvəyə minir və Məcəllə qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunları ləğv edilir.
Rəqabət Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradacaq.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov
Mənsurə Hümbətova