1 (bir) uşağa görə alimentin məbləği nə qədərdir? -

1 (bir) uşağa görə alimentin məbləği nə qədərdir? - HÜQUQ MƏSLƏHƏTİ

21 Dekabr 2023

Sual: 1 (bir) uşağa görə alimentin məbləği nə qədərdir?

Cavab: 2023-cü ildə aliment məbləğinin minimum miqdarı 220 manat təşkil edir. Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Sualı cavablandırdı: Kəngərli rayon Prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov