Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib -

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTO

26 İyun 2024

Hadisə rayonun Aşağı Daşarx ərazisində qeydə alınıb. İki avtomobil toqquşması nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu ölüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, avtomobildə olan digər sərnişin, 1993-cü il təvəllüdlü, Aşağı Daşarx kənd sakini Məmmədova Şəfəq Vaqif qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Kəllə beyin travması alan Ş.Məmmədovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.